...

İsrail Prezidenti bu gün Astanada rəsmi səfərdə olacaq

Siyasət Materials 29 İyun 2009 13:49 (UTC +04:00)

Qazaxıstan, Astana, 29 iyun / Trend News, müxbir K.Konırova /

Bu gün Astana vaxtı ilə saat 22:00-da İsrail dövlətinin Prezidenti Şimon Peresin təyyarəsi Qazaxıstanın paytaxtında enəcək, bu barədə QR XİN-nin mətbuat xidmətinin məlumatında deyilir.  

Sabaha, iyunun 30-na İsrail liderinin yüksək səviyyədə görüşləri, ikitərəfli sənədlərin imzalanması, Qazaxıstan-İsrail biznes forumunda iştirakı planlaşdırılıb.

QR Senatının mətbuat xidmətinin məlumatlarına əsasən, iyulun 1-də İsrail Prezidenti dünyəvi və ənənəvi dinlərin III qurultayının işində iştirak edəcək.

Həmin gün axşam onun Astanaya səfəri başa çatacaq.

Xəbər lenti

Xəbər lenti