...

İnterpolun axtardığı Şevardnadzenin sabiq müşaviri ABŞ-da yaşayır

Siyasət Materials 3 İyul 2009 20:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 iyul / Trend , müxbir N.Kirsxaliya /

Sabiq Gürcüstan Prezidentinin İnterpol tərəfindən axtarılan sabiq müşaviri Temur Basiliya hazırda ABŞ-da yaşayır və beynəlxalq təşkilatlardan birində çalışır. Onu təsadüfən gürcü jurnalistlər üzə çıxarıb.

Basiliya Vaşinqtonda dəqiq harada çalışdığını jurnalistlərə deməyib.

2005-ci ildə Tbilisi Şəhər Məhkəməsi Basiliyanı vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq və dələduzluq səbəbindən qiyabi şəkildə doqquz il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 2006-cı ildən etibarən o, beynəlxalq axtarışa verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti