...

Azərbaycanın "Hərbi doktrinası"nın hazırlanması üçün xüsusi qrup yaradılıb

Siyasət Materials 7 İyul 2009 12:40 (UTC +04:00)
parlament binası
Azərbaycanın "Hərbi doktrinası"nın hazırlanması üçün xüsusi qrup yaradılıb

Azərbaycan, Bakı, 07 iyul / Trend , muxbir A.Hüseynbala / 

Azərbaycanın "Hərbi doktrinası"nın hazırlanması üçün xüsusi qrup yaradılıb.


"Doktrinanın hazırlanması və qəbulu Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavin Aydın Mirzəzadə bildirb.

Trend -un arayışı: Azərbaycanda "Hərbi doktrina"nın parlamentin yaz sessiyasında müzakirəsi gözlənilsə də, bu, sessiyada gündəliyə salınmayıb.

 NATO "Hərbi doktrina" ilə bağlı müsbət rəy verib. "2009 - 2015 - ci illər üçün "Strateji müdafiə icmalı" adlı sənəd hazırlanır. Bu sənəd həm də "Hərbi doktrina"nın prinsiplərini özündə ifadə edir.
 
Mirzəzadənin sözlərinə görə, Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunandan sonra "Hərbi doktrina"nın hazırlanması da zəruridir.

"Düşünürəm ki, doktrinanın layihəsi payız sessiyasına qədər hazır olacaq və biz parlamentdə həmin sənədi müzakirə edəcəyik. Amma bu doktrina olmasa da, Azərbaycan ordusunun səviyyəsi dünyanın ən nümunəvi hərbi qüvvələrinin standartlarına uyğunlaşdırılır", - millət vəkili əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti