...

Litva dövləti 1000 illiyini qeyd edir

Siyasət Materials 7 İyul 2009 18:04 (UTC +04:00)
Litva dövləti 1000 illiyini qeyd edir

Azərbaycan, Bakı, 7 iyul / Trend , müxbir S.Ağayeva /

Litva 1000 illiyini qeyd edir.

Min il bundan əvvəl Avropa xronikasında ilk dəfə "Litva" dövlətinin adı qeyd olunub.

Litvanın minilliyi ilə əlaqədar il ərzində nəzərdə tutulan bayramların kuliminasiyası Vilnüsdə iyulun 6-da keçirilib. 6 iyul XIII əsrdə Litvaya başçılıq edən I Litva Kralı Mindauqasın tacqoyma günüdür.

1253-cü ilin yayında tac qoymuş Litva Kralı bu ölkənin tarixindəki yeganə monarx idi. Ona kimi Litva hökmdarlarının heç biri kral titulu daşımayıb, sonradan isə monarxlar eyni zamanda Litva və Polşaya rəhbərlik ediblər.

Mindauqasın tacqoyma günü - 6 iyul eyni zamanda Litva dövlətinin ildönümüdür.

2009-cu ilin 6 iyulunda təkcə bayramın ənənəvi olaraq Litva mahnısı ilə möhtəşəm başa vurulması deyil, eyni zamanda hökmdarların Böyük Knyaz sarayının açılışı da baş tutub. Sarayın tikintisi layihələrin saxlanması səbəbindən bir neçə il uzanıb. Bu barədə Trend -a çərşənbə axşamı Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas bildirib.

"Litvada keçirilən, bütün ölkələr üçün vacib olan bayramlarda üç kral - İsveç, Danimarka və Norveç kralları, bir sıra ölkələrin prezidentləri, hökumət başçıları və çoxsaylı rəsmi qonaqlar iştirak edib", - səfir bildirib.

Bayram mərasimində Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib. "Vilnüsdə Qarayev Litvanın Baş naziri Andryus Kubilyus ilə görüşüb, Litva Prezidenti Valdas Adamkus ilə fikir mübadiləsi aparıb", - diplomat bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti