Azərbaycan və Suriya əməkdaşlığa dair beş sənəd imzalayıb.
İyulun 8-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Suriya Prezidenti Bəşşar əl-Əsədin iştirakı ilə Azərbaycan-Suriya sənədlərinin imzalanması mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxslərin viza tələblərindən azad olunması haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Suriyanın xarici işlər naziri Valid əl-Muallem imzalayıblar.
"Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"ə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri imza atıb.
"Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri imzalayıblar.
"Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Saziş"ə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri imza atıb.
"Azərbaycan Respublikasının Hökuməti və Suriya Ərəb Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Suriyanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Abdullah əl-Dərdəri imzalayıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]