...

Heydər Əliyevin yaratdığı Azərbaycan indi dünyada ən inkişaf etmiş dövlətlərdən biridir - YAP icra katibi

Siyasət Materials 13 İyul 2009 13:04 (UTC +04:00)
Heydər Əliyevin yaratdığı Azərbaycan indi dünyada ən inkişaf etmiş dövlətlərdən biridir - YAP icra katibi

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-də hakimiyyətə gəlməsi ölkəmizin bütün sahələrində ciddi inkişafa səbəb olub.

"Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan SSRİ-nin ən geridə qalmış respublikalarından biri idi. İki il sonra isə Azərbaycan SSRİ-də ən inkişaf etmiş bir respublikaya çevrildi", - Trend -un məlumatına görə, bazar ertəsi ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi ilə bağlı keçirilən tədbirdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, Azərbaycanın Heydər Əliyevə ehtiyacı olan bütün dövrlərində o, xalqın çağırışlarına müsbət reaksiya verib. "1993-cü ildə də belə oldu. Azərbaycan fəlakət astanasında olanda xalq Heydər Əliyevi hakimiyyətə qayıtmağa dəvət etdi. Azərbaycan məhz bunun nəticəsində vətəndaş müharibəsindən xilas oldu", - YAP icra katibi əlavə edib.

Onun fikrincə, ümummilli liderin siyasətini indi İlham Əliyev uğurla davam etdirir. "Bu səbəbdən Heydər Əliyevin yaratdığı Azərbaycan indi dünyada ən inkişaf etmiş dövlətlərdən biridir", - Əhmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti