Gürcüstan, Tbilisi, 14 iyul / Trend , müxbir N.Kirsxaliya /
Rusiya Prezidenti Dmitri Medvedevin Sxinvaliyə səfəri ABŞ Prezidenti Barak Obamanın Moskvada səsləndirdiyi bəyanata cavabdır. Bu barədə Trend -a Gürcüstanın Baş nazirinin müavini, reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili deyib.
Rusiya Prezidenti bazar ertəsi Cənubi Osetiyaya işgüzar səfər edib.
RF-nin dövlət başçısını Cənubi Osetiya prezidenti Eduard Kokoyta və respublikanın birneçə sakini tanınmamış respublikanın prezident administrasiyası binasının yanında qarşılayıb.
"Mosvada birgə mətbuat konfransı zamanı Obama Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini açıq bəyan etdiyi zaman Rusiya dövlət başçısı nədənsə susdu", - Yakobaşvili deyib.
"Ola bilsin ki, Rusiya Prezidenti amerikalı həmkarının söylədiklərinə sözdə yox, əməldə cavab vermək qərarına gəlib və gözlənilmədən separatçılara dəstəyini nümayiş etdirmək üçün Sxinvaliyə üz tutub", - Yakobaşvili belə hesab edir.
Onun fikrincə, Rusiya Prezidentinin tanınmamış Cənubi Osetiya respublikasına səfəri simvolik xarakter daşıyır və səfər Ankarada keçirilən "Nabukko sammiti ilə bağlı ola bilər.
Yakobaşvilinin fikrincə, səfər ona görə simvolikdir ki, Rusiya rəsmiləri separat regionlardan başqa heç yerə səfər edə bilmirlər. "Sözügedən simvolika Rusiya üçün heç də yaxşı hal deyil. Düşünürəm ki, rus xalqı daha böyük şeylərə layiqdir", - Yakobaşvili əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]