...

Ermənistan hökuməti Qarabağın maraqlarının müdafiəsinə çağıran müxalifətin təzyiqi altındadır - Ermənistanın Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru

Siyasət Materials 17 İyul 2009 09:00 (UTC +04:00)
Erməni politoloq Riçard Qiraqosyan (Richard Giragosian) hesab edir ki, Ermənistan hökuməti Ermənistan kimi Qarabağın da milli maraqları və təhlükəsizliyinin müdafiəsinə çağıran müxalifətin təzyiqi altındadır.
Ermənistan hökuməti Qarabağın maraqlarının müdafiəsinə çağıran müxalifətin təzyiqi altındadır - Ermənistanın Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir E.Tariverdiyeva /

Erməni politoloq Riçard Qiraqosyan (Richard Giragosian) hesab edir ki, Ermənistan hökuməti Ermənistanın və Qarabağın milli maraq və təhlükəsizliyinin müdafiəsinə çağıran müxalifətin təzyiqi altındadır.

"Qarabağ məsələsi bütün dünyadakı ermənilər üçün həmişə vacib milli məsələ olub və ölkə daxilində siyasi kontekst güclüdür, belə ki, Ermənistan hökuməti Ermənistan kimi Qarabağın da milli maraq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə daimi təzyiq altındadır", - bu barədə Trend -a elektron poçtla Ermənistanın Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Qiraqosyan bildirib.

Erməni Millətçiləri İttifaqı iyulun 15-də hökumətdən istefaya getməsini və ya DQMV münaişəsinin nizamlanmasından imtina etməyi tələb edib, belə ki, 2007-ci il noyabrın 29-da xülasə edilmiş Qarabağ probleminin həllinin əsas prinsipləri Ermənistanın maraqlarına ziddir, "Kommersant" xəbər verir.

Millətçiləri Ermənistanda və digər ölkələrdə müxalifətin mitinqlərinin keçirilməsini planlaşdıran Ermənistan İnqilab Federasiyası "Daşnaksütun" dəstəkləyib, eyni zamanda xarici işlər naziri Edvard Nalbandyanın istefa etməsi tələb olunub.

Müxalifət Prezident Serj Sarkisyanın Azərbaycan Prezidenti İlham Əliyev ilə Moskvada iyulun 18-də MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində keçiriləcək görüşü ərəfəsində fəallaşıb. RF Federasiyası Prezidentinin köməkçisi Serqey Prixodkonun sözlərinə əsasən, bu görüşdə hər hansı bir sənədin imzalanması planlaşdırılmayıb.

Qiraqosyanın fikrincə, Dağlıq Qarabağın diplomatik və siyasi aktivliyinin hazırkı inkişafı bütün tərəflərə, eyni zamanda Azərbaycan və Ermənistana təzyiq göstərir.

"Lakin Ermənistana Azərbaycanla yaxınlaşma barədə hər hansı bir müqavilədən narahat olan erməni diasporu tərəfindən də təzyiq göstərilir", - deyə o bildirib.

Əsasını ABŞ-dakı erməni diasporu təşkil edən erməni lobbisinin əsas məqsədi 1915-ci ildə erməni "soyqırımı"nın beynəlxalq səviyyədə tanınması, Dağlıq Qarabağın müqəddaratının təyin edilməsi, Gürcüstandakı erməni icmasının hüquqlarının qorunmasıdır.

Qiraqosyan hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Ermənistan rəhbərliyi üçün sınaqdır, belə ki, bütün dünya erməniləri onu diqqətlə izləyəcək və bu görüş zamanı hər bir jestə və sözə diqqət yetiriləcək.

"Eyni zamanda Ermənistan hökuməti müxalifətin daimi həmlələrinə məruz qalır ki, bu da gözləntiləri artırır, həmçinin onsuz da Yerevana göstərilən təzyiqləri dərinləşdirir", - deyə o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Materialın hazırlanmasında E.Ostapenko da iştirak edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti