...

İranın sənaye və mədənlər naziri başqasının ixtirasını oğurlamaqda təqsirli bilinib

Siyasət Materials 28 İyul 2009 15:50 (UTC +04:00)
ƏL-Ərəbiyyə xəbər saytı İranın "Həmşəhri" qəzetinə istinadən məlumat verir ki, sənaye və mədənlər naziri Mehrabiyan və onun tabeliyində çalışan Musa Məzlum adlı şəxs Fərzad Səlimi tərəfindən kəşf edilən ixtiranı öz adlarına qeydiyyatdan keçiriblər.
İranın sənaye və mədənlər naziri başqasının ixtirasını oğurlamaqda təqsirli bilinib

İranın sənaye və mədənlər naziri Əli Əkbər Mehrabiyan Tehran Şəhər Məhkəməsində başqasının ixtirasını oğurlamaqda təqsirli bilinib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

ƏL-Ərəbiyyə xəbər saytı İranın "Həmşəhri" qəzetinə istinadən məlumat verir ki, sənaye və mədənlər naziri Mehrabiyan və onun tabeliyində çalışan Musa Məzlum adlı şəxs Fərzad Səlimi tərəfindən kəşf edilən ixtiranı öz adlarına qeydiyyatdan keçiriblər. "Zəlzələ zamanı otağın təhlükəsizliyi" adlanın bu ixtiranın əsl sahibi Səlimi Tehran Şəhər Məhkəməsinə müraciət edərək ixtiranın öz adına keçirilməsini tələb edib.

Şikayətçi ərizəsində bildirib ki, 2003-cü ildə öz ixtirasını Tehran İcra Hakimiyyətinə təqdim edib.

"Mənim ixtiram elə bir qurğudur ki, onu evin divarlarına bərkitməklə evdə olan şəxslərin təhlükəsizliyini zəlzələ zamanı təmin etmək olar. Lakin İcra Hakimiyyəti mənə başqa orqanlara müraciət etməyi məsləhət gördü və sonradan mənim ixtiramı Mehrabiyan və Məzlumun adına qeydiyyatdan keçirdilər", - şikayətçi deyib.

Mehrabiyan və onun tabeliyində çalışan Məzlum eyni adda kitab da nəşr etdiriblər.

Tehran məhkəməsi sənaye və mədənlər naziri və onun işçisini təqsirli bilib. Apellyasiya Məhkəməsi də Tehran Şəhər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti