...

Azərbaycan tarixinin bir sıra faktları Vaşinqtondakı sərgidə saxtalaşdırılıb

Siyasət Materials 17 Avqust 2009 13:03 (UTC +04:00)
Azərbaycan tarixinin bəzi faktları Vaşinqtonda, Smitson İnstitutundakı (Smithsonian Institution) “Türkiyə və İrandan Şərq hədiyyələri Moskva Kremlində və çar” sərgisində saxtalaşdırılıb.
Azərbaycan tarixinin bir sıra faktları Vaşinqtondakı sərgidə saxtalaşdırılıb

Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir N.Boqdanova /

Azərbaycan tarixinin bəzi faktları Vaşinqtonda, Smitson İnstitutundakı (Smithsonian Institution) "Türkiyə və İrandan Şərq hədiyyələri Moskva Kremlində və çar" sərgisində saxtalaşdırılıb.

Sərgi 15-17-ci əsrlərin əşyalarından, Səfəvi və Osmanlı hökmdarlarının rus çarlarına verdiyi hədiyyələrdən təşkil olunub. Kitabçalarda və bir sıra eksponatların - Səfəvi hökmdarlarının (xüsusən də I Şah İsmayılın) hədiyyələrinin altındakı informasiya "İran Səfəvi hökmdarlarından yeni Culfa erməni idarəsinin köməyi ilə təqdim olunub" kimi verilib.

Bu informasiyada Yeni Culfanın məhz harada yerləşməsi göstərilmir. Orada sadəcə xatırlanır ki, o illərdə erməni tacirləri Yeni Culfa rayonunda hakim mövqe tutublar və onların orada ticarət mərkəzləri olub. Sərgidəki nümayiş olunanlara dair buraxılmış kitabda deyilir ki, ermənilər Səfəvi imperiyasının əsas hissəsini təşkil edirdilər. Sərgi haqqındakı kitablarda Azərbaycanın adı çəkilməyib.

Culfa İranın şimal-qərbində, Şərqi Azərbaycan əyalətində Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşmiş şəhərdir. Əhalisi təxminən 56 min nəfərdir (2006-cı il).

Culfa bütün Naxçıvan-Zəngəzur rayonu kimi Ermənistan və Azərbaycan arasında mübahisə predmetidir. Ermənilər Culfaya iddia edirlər və onu bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Sərginin sponsorları "Lukoyl" şikrəti Amerika-Rusiya İşgüzar Şurası və Rusiya-Amerika Ticarət Palatasıdır. Sərgi Moskva Kreml Muzeyində, Smitson Universitetinin Artur M. Sakler qalereyasında təşkil olunub, sentyabrın 13-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti