...

ABŞ hərbçiləri Azərbaycana gələcəklər

Siyasət Materials 1 Sentyabr 2009 11:13 (UTC +04:00)
"ABŞ hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyada Taborunun hazırlığı ilə tanış olacaqlar", - çərşənbə axşamı Trend News-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ABŞ hərbçiləri Azərbaycana gələcəklər

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir C.Babayeva /

ABŞ hərbçiləri Azərbaycana gələcəklər.

"ABŞ hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyada Taborunun hazırlığı ilə tanış olacaqlar", - çərşənbə axşamı Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti sentyabrın 14-dən 18-dək Bakıda səfərdə olacaq. Onlar Azərbaycan HDQ-nin Dəniz Piyada Taborunun xidməti döyüş fəaliyyəti ilə tanış olaraq öz tövsiyələrini verəcəklər.

Mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, ABŞ HDQ-nin ekspertləri sentyabrın 14-dən 18-dək Bakıda Azərbaycan dəniz xüsusi təyinatlılarının döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə bacarıqlarını qiymətləndirəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti