Azərbaycan, Bakı, 01 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /
Bakıda metro stansiyasına bomba qoyulması barədə növbəti yalan məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Bakının Xətai rayonu ərazisində naməlum şəxs "102 zəng mərkəzi" xidmətinə zəng edərək metronun "Həzi Aslanov" stansiyasında qatarların birinə bombo qoyulması barədə məlumat verib.
Məlumat alınandan sonra müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.
Keçirilmiş əmliyyat-axtarış tədirləri nəticəsində yalan məlumatın Bakı şəhər sakini 13 yaşlı Fəxri Məmmədov tərəfindən verilməsi müəyyən edilib.
Dünən də "Sahil" metro stansiyasının arxasına bomba qoyulması barədə polisə məlumat verilib, məlumat təsdiqini tapmayıb.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]