Türkmənistan, Aşqabad, 01 sentyabr / Trend , müxbir H.Həsənov /
Özbəkistan və Türkmənistanın Mərkəzi Asiyanın su və enerji ehtiyatlarının istifadəsi üzrə mövqeyinin bir olmasını Özbəkistanın Türkmənistandakı səfiri Şerzod Fayziyev qeyd edib.
Özbəkistan Respublikası müstəqilliyinin 18 illiyinə həsr olunmuş məruzə bu gün Türkmənistan KİV-də yayılıb. Diplomatın sözlərinə görə, iki dövlət Əfqanıstandakı vəziyyətin stabilləşməsi üzrə səylərin güclənməsi, nəqliyyat kommunikasiyalarının inkişafı üzrə çıxış edir. Terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı çıxır.
Hazırkı mərhələdə iki ölkə uğurla əməkdaşlıq edir və BMT, MDB, İKT və digər beynəlxalq təşkilatlar çərçivəsində müzakirə edilən əsas məsələlərdə qarşılıqlı dəstək göstərir.
Neft-qaz sektoru qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərindən biri olaraq qalmaqda davam edir. "Özbəkistan ərazisindən keçən Türkmənistan-Çin qaz kəməri layihəsinin həyata keçirilməsini dəstəkləyir", - səfir bildirib və qeyd edib ki, Özbəkistan Türkmənistana "mühüm və etibarlı ticari-iqtisadi tərəfdaş qismində baxır və genişmiqyaslı qarşılıqlı səmərəli əməkdaşlığa hazırdır".
2008-ci ilin yekunlarına əsasən, iki dövlət arasında əmtəə dövriyyəsi 40 faizə kimi artıb.
Məqalədə həmçinin ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyaların da rolu qeyd olunub. Komissiyalar yüksək səviyyəli razılaşmaların və 2008-2012-ci illərdə iqtisadi əməkdaşlıq haqqında razılaşmanın həyata keçirilməsinə imkan verir.
"Özbəkistan və Türkmənistan arasında dövlətlərarası münasibətlər qurulduğu andan ölkələrimizin və xalqlarımızın əsas maraqlarına cavab verən qarşılıqlı anlaşma və tərəfdaşlığa əsaslanır", - Fayziyev qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]