Azərbaycan, Bakı, 08 sentybar / Trend , E.Tariverdiyeva /
"Dünən ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri vəzifəsinə seçilən Robert Bradtke (Robert Bradtke) əla və peşəkar diplomatdır", onun sələfi Metyu Brayza belə hesab edir.
"Mən sadəcə deyə bilərəm ki, Bradtke əla diplomat və mənim dostumdur", - Brayza Trend -a telefonla bildirib.
Dünən ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri vəzifəsinə, ABŞ-ın Xorvatiyadakı keçmiş səfiri Bradke təyin olunub, bu barədə Trend -a Dövlət Departamentinin Avropa və Avrasiya şöbəsindən məlumat verilib.
Bradke uzun müddət Balkan məsələləri, ABŞ-ın NATO və ATƏT ələqələri ilə məşğul olub. Keçmiş amerikalı həmsədr Brayza kimi o, da 2001-ci ildən 2004-cü ilə kimi ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi müavininin köməkçisi vəzifəsini icra edib.
Brayza Bradtkeyə yeni diplomatik missiyasında uğurlar arzulayıb.
Dövlət Departamentinin mətbuat katibinin veridiyi məlumata görə, Azərbaycan və Ermənistan hökuməti Bradtkenin təyinatı barədə məlumatlandırılıb. Səfir hazırda yeni vəzəfəsi ilə tanış olur və yaxın həftələrdə regiona səfər edəcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.