...

Qazaxıstanın ATƏT-də uğurlu sədrliyi ümummilli strateji layihədir - xarici işlər naziri

Siyasət Materials 9 Sentyabr 2009 18:36 (UTC +04:00)

Qazaxıstan, Astana, 09 sentyabr / Trend , müxbir K.Konırova /

Qazaxıstanın ATƏT-dəki uğurlu sədrliyi ümummilli strateji layihədir. Bu barədə çərşənbə günü Qazaxıstanın ATƏT-dəki sədrlik məsələsi üzrə dövlət komissiyasının birinci iclasında ölkənin xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev deyib.

"Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəsinin ATƏT-dəki sədrliyinə böyük əhəmiyyət verir", - Saudabayev deyib.

"Ölkəmizin ATƏT-dəki uğurlu sədrliyi ümummilli strateji layihədir", - xarici işlər naziri deyib.

Onun sözlərinə görə, bu, ölkəyə öz varlığını nümayiş etdirmək üçün unikal şansdır. O, ATƏT-ə 56 ölkənin üzv olduğunu bildirərək qeyd edib ki, belə şans bir də 55 ildən sonra veriləcək.

"Qazaxıstanın ATƏT-ə sədr qismində seçilməsinə Prezident Nursultan Nazarbayevin şəxsi xarizması və böyük beynəlxalq nüfuza malilk olması səbəb olub", - Saudabayev deyib.

Saudabayev qeyd edib ki, hazırda Xarici İşlər Nazirliyi "Qazaxıstan-ATƏT" siyasi kampaniyasının metodiki-konseptual bazasının başa çatdırılması üzrə iş aparır. Onun sözlərinə görə, məsələlərin yüksək səviyyəsi və bu dövrün məsuliyyəti, eləcə də Qazaxıstan dövlət orqanlarının onları həll etmək bacarığı dünya arenasında ölkənin nüfuzunun möhkəmləndirilməsi, gələcək inkişafı üçün əlverişli şəraitin yaradılması və müsbət beynəlxalq imicinin möhkəmləndirilməsinə zəmin yaradır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti