Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir C.Babayeva /
"Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM" və ATƏT mütəşəkkil cinayətkarlıqla mübarizə və sərhəd əməkdaşlığı sahəsində qarşılıqlı fəaliyyəti fəallaşdırmaq niyyətindədirlər. Bu barədə razılıq Kiyevdə ATƏT-in baş katibi Perren de Birşambo ilə GUAM-ın baş katibi Valeri Çeçelaşvili arasında keçirilən görüşdə əldə olunub, Trend -a GUAM katibliyindən bildirilib.
Tərəflər iki katibliyin ekspertləri arasında əlaqələrin fəallaşdırılması bərədə razılaşıblar.
GUAM təşkilatı 1997-ci ildə regional əməkdaşlıq məqsədilə Avropa İttifaqı dövlət başçılarının sammitində yaradılıb, lakin 2005-ci ilə kimi praktiki olaraq fəaliyyət göstərməyib. Son üç ildə keçirilən sammitlərdə əsas məsələlər regional münaqişələrin nizamlanması və enerji təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin koordinasiyası olub.