...

Türkmənistan və Azərbaycan Xəzər dənizinə dair birbaşa danışıqları davam etdirə bilər – Prezident Berdimuhammedov

Siyasət Materials 1 Oktyabr 2009 16:32 (UTC +04:00)
Türkmənistan Azərbaycan ilə Xəzərdəki yataqlara dair ikitərəfli danışıqların gələcəkdə aparılması imkanlarını nəzərdən keçirir. Bu barədə bu gün ölkə prezidenti Qurbanqulu Berdimuhammedov Türkmənistanın KİV nümayəndələri ilə görüş zamanı bildirib.
Türkmənistan və Azərbaycan Xəzər dənizinə dair birbaşa danışıqları davam etdirə bilər – Prezident Berdimuhammedov

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir H.Həsənov/

Türkmənistan Azərbaycan ilə Xəzərdəki yataqlara dair ikitərəfli danışıqların gələcəkdə aparılması imkanlarını nəzərdən keçirir. Bu barədə bu gün ölkə prezidenti Qurbanqulu Berdimuhammedov Türkmənistanın KİV nümayəndələri ilə görüş zamanı bildirib.

Türkmənistanın dövlət başçısı qeyd edib ki, kompromis həllərin tapılması üçün bir neçə "yaxşı variant" mövcuddur. O hesab edir ki, yüksək səviyyədə dialoq hələ də başa çatmayıb və davam etdirilə bilər. Rəsmi türkmən mənbəsinin verdiyi məlumata əsasən, Berdimuhammedov qeyd edib ki, Azərbaycan "mehriban qonşudur..... biz çoxdan bəri qardaş olmuşuq və olacağıq da". Həmçinin onun fikrincə, dəniz yataqları üzrə variantların saxlanılması zamanı Türkmənistan planlaşdırdığı kimi beynəlxalq arbitraj məhkəməsinə müraciət etmək üçün əsasa malikdir.

Cari ilin yayında Türkmənistanın müvafiq idarələri dövlət başçısından məhkəməyə müraciət hazırlamaq tapşırığı alıblar. Türkmənistan tərəfi onu "qəbul etməyə" söz vermişdi. Türkmənistan rəhbərliyi mübahisəyə səbəb "Kəpəz", həmçinin "Azəri" və "Çıraq" yataqlarının olduğunu bildirib. Azərbaycanın rəsmi hakimiyyəti sonuncu yataqları tamamilə özününkü hesab edir. "Kəpəz"dən isə birgə istismar edilməyə hazır olunduğu bəyan edilib.

Türkmənistan və Azərbaycan yenidən dialoqlara başlayıblar və 2007-ci ildə Berdimuhammedovun Türkmənistan rəhbəri olduğu zaman ikitərəfli əməkdaşlığa maraqlı olduqlarını bildiriblər. Bu zaman yüksək səviyyədə səfər mübadiləsi təşkil edilib, Türkmənistanın Bakıdakı səfirliyi öz işini bərpa edib, qarşılıqlı borc məsələləri nizamlanıb. Hazırda iki türkdilli dövlət Aİ tərəfindən Türkiyə üzərindən Avropaya qaz tədarük edən "Nabukko" qaz kəməri üçün xammal mənbələri rolunda nəzərdən keçirilir. Bu da ölkələrə enerji daşıyıcılarının satış bazarını diversifikasiyalaşdırmaq imkanı verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti