Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiçi milli bayram - Müstəqillik günü münasibəti ilə təbrik edib, bu barədə məlumatı çərşənbə günü AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin Azərbaycan və Xorvatiya xalqının mənafelərinə uyğun olaraq daim inkişaf edəcəyinə və genişlənəcəyinə ümid etdiyini bildirib.
"Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına əmin-amanlıq və rifah diləyirəm", - təbrik məktubunda deyilir.