...

Azərbaycan və Belarus arasında münasibətlər həqiqətən strateji xarakter kəsb etmişdir - Aleksandr Lukaşenko

Siyasət Materials 13 Noyabr 2009 07:12 (UTC +04:00)
Noyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan və Belarus arasında münasibətlər həqiqətən strateji xarakter kəsb etmişdir - Aleksandr Lukaşenko

Noyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu gün inamla deyə bilərik ki, ölkələrimiz arasında münasibətlər həqiqətən strateji xarakter kəsb etmişdir. Zaman bizim əvvəllər qəbul etdiyimiz qərarların düzgün olmasını təsdiq etmişdir. Həm sahələr səviyyəsində, həm də iki ölkənin hökumətləri xətti üzrə daimi qarşılıqlı fəaliyyət mexanizmi tənzimlənmişdir, geniş əhatəli məsələlər üzrə əməkdaşlıq intensiv genişlənir. Bu halda Belarus-Azərbaycan münasibətlərinin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu münasibətlər dostluq, qarşılıqlı hörmət, etimad prinsipləri üzərində qurulmuşdur. Bizim münasibətlərdə heç bir qapalı mövzu yoxdur. Bu gün Prezidentlə bərabər qeyd etdik ki, ən yüksək etimad dərəcəsi və əldə etdiyimiz razılaşmaların yerinə yetirilməsi də bizim münasibətlərin fərqləndirici xüsusiyyətidir", - Belarus Prezident dedi.

Xəbər lenti

Xəbər lenti