...

Azərbaycan Prezidenti Şamaxı mədəniyyət sarayında aparılmış yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 26 Noyabr 2009 16:03 (UTC +04:00)
Sarayın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətimizin qorunması və inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotoguşə yaradılıb.
Azərbaycan Prezidenti Şamaxı mədəniyyət sarayında aparılmış yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şamaxı mədəniyyət sarayında aparılmış yenidənqurma işləri ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sarayın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətimizin qorunması və inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotoguşə yaradılıb.

Məlumat verilib ki, 1974-cü ildə inşa edilmiş mədəniyyət sarayının əsaslı təmirinə 2007-ci ilin ikinci rübündə başlanılıb. Yüksək səviyyədə aparılmış təmizlik işləri 2008-ci ilin mayında başa çatdırılıb. Sarayda müasir işıqlandırma sistemi quraşdırılıb, 300 nəfərlik zal mebel və digər avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyev sarayda uşaqların ifasını dinləyib.

Xəbər lenti

Xəbər lenti