...

Azərbaycan-Amerika Şurası ümummilli lider Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir

Siyasət Materials 12 Dekabr 2009 13:45 (UTC +04:00)
Azərbaycan-Amerika Şurası ümummilli lider Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
Azərbaycan-Amerika Şurası ümummilli lider Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir

ABŞ, Nyu York, 12 dekabr / Trend , müxbir K.Paşayeva/

Azərbaycan-Amerika Şurası (AAŞ) ümummilli lider Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Bu barədə Şuranın məlumatında deyilir.

AAŞ Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin formalaşmasında və möhkəmlənməsində əvəz edilməz töhfələrini qeyd edib. "Onun ən çətin anlarda xalqına olan sədaqəti və Azərbaycanın çiçəklənməsindəki əvəzedilməz xidməti gələcək nəsillər üçün hər zaman nümunə olacaq", - məlumatda deyilir.

"Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözlərinin müəllifi olan Heydər Əliyev həyatda bu frazanı təcəssüm etdirib və bu gün hər bir azərbaycanlı müstəqil və çiçəklənən Azərbaycanla fəxr edə bilər", - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti