Gürcüstan, Tbilisi, 14 dekabr / Trend , müxbir N. Kirtsxalia/
Dekabrın 16-da Brüsseldə Gürcüstan və Avropa ittifaqı arasında insan hüquqlarının müdafiəsi problemi üzrə dialoq keçiriləcək. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin bu gün ənənəvi brifinqdə dediyinə görə, dialoq geniş formatda keçiriləcək.
Görüşdə Gürcüstan tərəfindən icraedici, qanunverici və məhkəmə hakimiyyətinin nümayəndələri iştirak edəcəklər. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Aleksandr Nalbandov rəhbərlik edəcək.
Kalandadzenin sözlərinə görə, bu kimi dialoqlar ildə 2 dəfə keçirilir.
Bundan əvvəlki görüşdə mətbuat azadlığı və qaçqınların hüquqları üzrə tövsiyələr işlənib hazırlanıb. Həmin məsələlər bu görüşdə də müzakirə olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]