...

Azərbaycanın xarici işlər naziri dekabrın 24-də Türkiyəyə səfər edəcək

Siyasət Materials 16 Dekabr 2009 14:51 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 24-25-də Türkiyədə səfərdə olacaq, ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov Trend News-a deyib.
Azərbaycanın xarici işlər naziri dekabrın 24-də Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir E. Tanrıverdiyeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 24-25-də Türkiyədə səfərdə olacaq, ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a deyib.

"Səfər çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin geniş spektri müzakirə olunacaq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunulacaq", - Poluxov deyib.

Poluxovun sözlərinə görə, nazir öz həmkarı və bir sıra rəsmi şəxslərlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti