...

Azərbaycan Prezidenti Yaponiya İmperatorunu təbrik edib

Siyasət Materials 22 Dekabr 2009 20:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Akihitonu ölkənin milli bayramı – İmperatorun Təvəllüd günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti Yaponiya İmperatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Akihitonu ölkənin milli bayramı - İmperatorun Təvəllüd günü münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Yaponiya münasibətlərinə böyük əhəmiyyət veririk. İkitərəfli əlaqələrimizin gündən-günə genişlənməsi, həyata keçirdiyimiz birgə iqtisadi layihələr münasibətlərimizin inkişaf dinamikasını müəyyən edən amillərdəndir. Əminəm ki, dost ölkələrimiz arasında əməkdaşlıq zəminində əldə etdiyimiz nailiyyətlər bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir", - təbrik məktubunda deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev İmperator Akihitoya möhkəm cansağlığı və səadət, dost Yaponiya xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti