...

Azərbaycan MSK-sı bələdiyyə seçkilərində icra başçısının müdaxiləsini aşkarlayıb

Siyasət Materials 28 Dekabr 2009 18:35 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinə səsvermə zamanı Naftalan rayon İcra Hakimiyyəti başçısının müdaxiləsini aşkarlayıb.
Azərbaycan MSK-sı bələdiyyə seçkilərində icra başçısının müdaxiləsini aşkarlayıb

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinə səsvermə zamanı Naftalan rayon İcra Hakimiyyəti başçısının müdaxiləsini aşkarlayıb.

"96 saylı Goranboy-Naftalan Dairə Seçki Komissiyasına Naftalan rayonunun icra başçısı Musa Musayevin seçki prosesinə müdaxilələri ilə bağlı müraciətlər daxil olub". Trend -un məlumatına görə, bunu bazar ertəsi keçirdiyi brifinqdə MSK sədri Məzahir Pənahov bildirib.

Pənahovun sözlərinə görə, müraciətlər əsasında MSK üzvü Tofiq Həsənovun başçılığı ilə işçi qrupu yaradılaraq həmin əraziyə göndərilib. 30 nəfərdən çox alınan rəy nəticəsində Musayevin seçki prosesinə müdaxiləsi müəyyən edilib.

MSK sədri faktla bağlı araşdırmalarının davam etdiyini deyib.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

"Bələdiyyə seçkilərini baş tutmuş hesab etmək olar", - bu barədə mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Azərbaycanda bələdiyyə seçkisində seçicilərin 31,86 faizi iştirak edib.

Xəbər lenti

Xəbər lenti