...

Gürcüstan-Ermənistan sərhədindəki bərpa işlərindən sonra Kür çayı üzərində körpü açılıb

Siyasət Materials 13 Yanvar 2010 15:05 (UTC +04:00)
Gürcüstan-Ermənistan sərhədində Kür çayı üzərində beynəlxalq əhəmiyyətli Axalsixi-Ninosminda avtomobil yolunun 5 km-də körpü açılıb.
Gürcüstan-Ermənistan sərhədindəki bərpa işlərindən sonra Kür çayı üzərində körpü açılıb

Gürcüstan, Tbilisi, 13 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan-Ermənistan sərhədində Kür çayı üzərində beynəlxalq əhəmiyyətli Axalsixi-Ninosminda avtomobil yolunun 5 km-də körpü açılıb.

Gürcüstanın İqtisadi İnkişaf Nazirliyindən Trend -a verilən məlumata əsasən, körpü tamamilə yenidən qurulub, burada beton-asfalt örtüyü salınıb, yol nişanları quraşdırılıb.

Körpünün uzunluğu 138 m-dir. Yenidənqurma işləri "Kolxi" şirkəti tərəfindən aparılıb. Yolların və körpünün bərpa edilməsi turistlərə Axalsixidən qədim Vardziya şəhərinə rahat çatmaq imkanı verir. Yol və körpü Gürcüstanı Ermənistanla bağlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti