...

"Gürcüstan Statistika Komitəsi"nin icraçı direktoru BMT-nin Statistika Komissiyasının işində iştirak edib

Siyasət Materials 19 Fevral 2010 13:18 (UTC +04:00)
“Gürcüstan Statistika Komitəsi"nin icraçı direktoru Zaza Çelidze fevralın 19-da BMT-nin Statistika Komissiyasının 41-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşəcək.
"Gürcüstan Statistika Komitəsi"nin icraçı direktoru BMT-nin Statistika Komissiyasının işində iştirak edib

Gürcüstan, Tbilisi, 19 fevral / Trend , müxbir N.Kirsxaliya/

"Gürcüstan Statistika Komitəsi"nin icraçı direktoru Zaza Çelidze fevralın 19-da BMT-nin Statistika Komissiyasının 41-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşəcək.

"Gürcüstan Statistika Komitəsi"ndən Trend -a verilən məlumata əsasən, Zaza Çelidze özünün xarici həmkarlarına Gürcüstanda yeni statistika xidmətinin yaradılması haqqında məlumat verəcək. Onları işlərin prioritet istiqamətləri və gələcək planlar ilə tanış edəcək.

BMT-nin Statistika Komissiyasında yüksək səviyyədə görüşlərin keçirilməsi planlaşdırılır.

Çelidze "Məlumatların yayılması və kommunikasiyada yeni tendensiyalar" mövzusundakı seminarda, həmçinin "Milli statistika sistemləri səmərəlidirmi?" forumunda iştirak edəcək.

Zaza Çelidzenin ABŞ-a səfəri fevralın 26-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti