...

Azərbaycan vətəndaşı Latviyadakı keçmiş hərbi şəhərciyi almaqdan imtina edib

Siyasət Materials 4 Mart 2010 14:53 (UTC +04:00)
Azərbaycan vətəndaşı Məmməd Qurbanov Latviyadakı Skrunde-1 hərbi şəhərciyini almaqdan imtina edib. RİA-Novosti məlumat verdiyinə görə, bu barədə Baltik Respublikalarının Özəlləşdirmə Agentliyinin (ÖA) nümayəndəsi jurnalistlərə deyib.
Azərbaycan vətəndaşı Latviyadakı keçmiş hərbi şəhərciyi almaqdan imtina edib

Azərbaycan vətəndaşı Məmməd Qurbanov Latviyadakı Skrunde-1 hərbi şəhərciyini almaqdan imtina edib. RİA-Novosti məlumat verdiyinə görə, bu barədə Baltik Respublikalarının Özəlləşdirmə Agentliyinin (ÖA) nümayəndəsi jurnalistlərə deyib.

Fevralın 5-də Riqada hərracda Skrunda-1 keçmiş hərbi şəhərciyinə ən yüksək qiymət təklif edən Rusiyanın "Alekseyovskoe Servis" müəssisəsi almaqdan imtina edib və lot təklif edilmiş məbləğin həcminə görə ikinci olan Azərbaycan vətəndaşı Məmməd Qurbanova keçib.

ÖA nümayəndəsinin sözlərinə görə, Qurbanovun imtina etməsinin səbəbi məlum deyil. Onun tərəfindən verilən 10 min lat (20 min dollar) məbləğində girov ona qaytarılmayacaq.

Dövlətə məxsus olan daşınmaz əmlak obyekti 45,1 ha ərazidə yerləşir. Şəhərcik 70 müxtəlif binadan və tikilidən, o cümlədən 551 mənzilli 10 yaşayış evindən, mehmanxana, poliklinika, hospital, uşaq bağçası, klub, poçt, qazanxana, su qülləsi, qaraj və həmçinin atom müharibəsi hallarında istifadə ediləcək yeraltı bunker və sığınacaqdan ibarətdir.

Şəhərciyin ilkin qiyməti 153 min lat (306 min dollar) təşkil edib. Hərracda üç iddiaçı iştirak edib.

Xəbər lenti

Xəbər lenti