...

Azərbaycanın Los Ancelesdəki baş konsulu "Azərbaycanın Cənubi Qafqazda rolu" mövzusunda çıxış edib

Siyasət Materials 5 Mart 2010 13:09 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend News-a verilən məlumata görə, tədbir Kaliforniyanın Orenc Dairəsinin nüfuzlu Beynəlxalq Məsələlər üzrə Mərkəzi tərəfindən təşkil edilib.
Azərbaycanın Los Ancelesdəki baş konsulu "Azərbaycanın Cənubi Qafqazda rolu" mövzusunda çıxış edib

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Los Ancelesdəki baş konsulu "Azərbaycanın Cənubi Qafqazda rolu" mövzusunda çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend -a verilən məlumata görə, tədbir Kaliforniyanın Orenc Dairəsinin nüfuzlu Beynəlxalq Məsələlər üzrə Mərkəzi tərəfindən təşkil edilib.

Kaliforniya ştatının tanınmış ictimai-siyasi klublarından olan Pacific Club-dakı tədbirdə çıxış edən baş konsul Elin Süleymanov Azərbaycanın regionda liderliyi və ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən ölkəmizin balanslaşdırılmış və praqmatik xarici siyasəti barədə tədbir iştirakçılarına məlumat verib.

ABŞ-ın Azərbaycanda keçmiş səfiri Rino Harniş, Kaliforniyanın siyasi-ictimai dairələrinin nümayəndələri, Azərbaycan və türk icmalarının nümayəndələri də tədbirdə iştirak edib.

Baş konsul tədbir iştirakçılarına Azərbaycanın tolerant və çoxmədəniyyətli ölkə olduğunu və tarixdə müsəlman aləminin ilk dünyəvi ölkəsi olduğunu bildirib və Azərbaycanın regionda hərtərəfli əməkdaşlığın aparılmasına Ermənistanın qeyri-konstruktiv mövqeyinin əngəl törətdiyini vurğulayıb.

Baş konsulun çıxışına etiraz olaraq klubun qarşısında askiya keçirilib. Etiraz aksiyasında erməni radikalları tərəfindən yanlış istiqamətləndirilən və həqiqətləri bilməyən erməni gənclər federasiyasının üzvləri iştirak ediblər.

100 nəfərə yaxın erməni tədbirin baş tutmaması üçün müxtəlif təxribatlara əl atıblar. Erməni radikalları hətta nizam intizamı və yerli qanunvericiliyi pozaraq, tədbirin keçirildiyi klubun ərazisinə daxil olmağa və tədbirin keçirilməsinə mane olmağa cəhd göstəriblər. Buna baxmayaraq, tədbir baş tutub.

Xəbər lenti

Xəbər lenti