...

Azərbaycan ombudsmanı Elmira Süleymanova ikinci müddətə insan haqları üzrə müvəkkil seçilib

Siyasət Materials 5 Mart 2010 13:11 (UTC +04:00)
Trend News-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında 3 namizəd sırasından Elmira Süleymanova 106 səs lehinə, 7 səs əleyhinə olmaqla ombusdman seçilib.
Azərbaycan ombudsmanı Elmira Süleymanova ikinci müddətə insan haqları üzrə müvəkkil seçilib

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan ombudsmanı Elmira Süleymanova ikinci müddətə insan haqları üzrə müvəkkil seçilib.

Trend -un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında 3 namizəd sırasından Elmira Süleymanova 106 səs lehinə, 7 səs əleyhinə olmaqla ombusdman seçilib.

Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndinə uyğun olaraq ombudsmanın seçilməsi üçün üç namizədin siyahısını Milli Məclisə göndərib.

Namizədlər hazırkı ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov idi.

Xəbər lenti

Xəbər lenti