...

ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Mart 2010 14:17 (UTC +04:00)
ABŞ-ın Türkiyədəki səfiri Türkiyə Xarici İşlər Nazirliyinin binasında olub. O bura ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul olunması ilə əlaqədar çağırılıb.
ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb (ƏLAVƏ OLUNUB)

RED. əlav.: ikinci abzas əlavə olunub

ABŞ-ın Türkiyədəki səfiri Türkiyə Xarici İşlər Nazirliyinin binasında olub. O bura ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" haqqında qətnamənin qəbul olunması ilə əlaqədar çağırılıb. Bu barədə CNN Turk məlumat verir.

"ABŞ Konqresi "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməməlidir", - XİN-in binasında olan ABŞ-ın Türkiyədəki səfiri Ceyms Cefri deyib.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Davudoğlu ABŞ hökumətini bu cür mühüm qərarların qəbul edilməsində ədalət prinsiplərinə əsaslanmağa çağırır.

"Türkiyənin ABŞ-dakı səfiri müzakirələr üçün bu gün Ankaraya gələcək", - Davudoğlu deyib.

Xəbər lenti

Xəbər lenti