...

Genişləndirilmə üzrə Avropa komissarı tezliklə Türkiyəyə səfər edəcək

Siyasət Materials 12 Mart 2010 18:30 (UTC +04:00)
Genişləndirilmə və mehriban qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle martın 15-16-da Türkiyədə rəsmi səfərdə olacaq. Səfər zamanı Türkiyə-Avropa qarşılıqlı fəaliyyətinin əsas məsələləri müzakirə olunacaq.
Genişləndirilmə üzrə Avropa komissarı tezliklə Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Y.Ostapenko/

Genişləndirilmə və mehriban qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle martın 15-16-da Türkiyədə rəsmi səfərdə olacaq. Səfər zamanı Türkiyə-Avropa qarşılıqlı fəaliyyətinin əsas məsələləri müzakirə olunacaq. Bu barədə Aİ-nin məlumatında deyilir.

"Mən əminəm ki, nəticədə Türkiyə yenilənmiş, müasirləşmiş və yenidən formalaşmış ölkə olacaq, Türkiyənin Aİ-yə daxil olması hər iki tərəfin maraqlarında olacaq", - Füle səfəröncəsi deyib.

Bu, Fülenin bir neçə ay əvvəl həmin vəzifəyə gəlməsindən sonra Türkiyəyə ilk səfəridir.

Səfər zamanı Avropa Komissarı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı üzrə nazir Egemen Baxış və Baş nazirin müavini Əli Babacanla görüşəcək.

Ankarada Füle, həmçinin, sədri Yaşar Yakış olan Türkiyə-Avropa İttifaqı Birgə Parlament Assambleyası Komitəsinin müşavirəsində iştirak edəcək.

İstanbulda Avropa komissarının Yunanıstan pravoslav patriarxı ilə görüşü planlaşdırılıb.

Türkiyə 1999-cu ildən Aİ-yə daxil olmaq üzrə namizəd ölkə statusuna malikdir, lakin 2005-ci ildən etibarən daxil olmağa dair rəsmi danışıqlar aparır.

Türkiyə aparıcı Avropa strukturlarının tərkibinə daxildir. Türkiyə 1949-cu ildən Avropa Şurasının (Avropa dəyərlərini müdafiə edən ilk ümumavropa təşkilatı), 1952-ci ildən isə NATO-nun üzvüdür.

Xəbər lenti

Xəbər lenti