...

Azərbaycan Prezidenti Bakıda abadlıq işlərinin maddi təminatı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Siyasət Materials 17 Mart 2010 20:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakı şəhərində abadlıq işlərinin maddi təminatı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Bakıda abadlıq işlərinin maddi təminatı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakı şəhərində abadlıq işlərinin maddi təminatı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti