...

Belarus və Azərbaycan diplomatları iki ölkə arasında dialoqun ali və yüksək səviyyələrdə inkişafını müzakirə edəcəklər

Siyasət Materials 26 Mart 2010 17:01 (UTC +04:00)
Martın 29-dan 31-dək Bakıda Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında nazir müavinləri səviyyəsində məsləhətləşmələr aparılacaq. Bu barədə BELTA-nın müxbirinə Belarus xarici siyasət idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Belarus və Azərbaycan diplomatları iki ölkə arasında dialoqun ali və yüksək səviyyələrdə inkişafını müzakirə edəcəklər

Martın 29-dan 31-dək Bakıda Azərbaycan və Belarus xarici işlər nazirlikləri arasında nazir müavinləri səviyyəsində məsləhətləşmələr aparılacaq. Bu barədə BELTA-nın müxbirinə Belarus xarici siyasət idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belarus tərəfini nazirin birinci müavini İqor Petrişenko təmsil edəcək.

Məsləhətləşmələr zamanı Belarus və Azərbaycan arasında münasibətlərin vəziyyəti və əsas inkişaf istiqamətləri üzrə tərəflərin mövqeyinin razılaşdırılması planlaşdırılır. Bura ali və yüksək səviyyələrdə dialoqun inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri, müqavilə-hüquq bazasının genişləndirilməsi daxildir.

Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi 2009-cu ildə $124,6 mln təşkil edib və 2008-ci illə müqayisədə 11,6% artıb; ixrac $120,3 mln (artım 14,1%), idxal $4,3 mln (azalma 31,1%) təşkil edib. Saldo müsbətdir - $116 mln.

Azərbaycana Belarus ixracının əsasını maşınqayırma, ağac emalı, sənaye istehlakı malları, ərzaq məhsulları təşkil edir.

Azərbaycandan idxal strukturunda kənd təsərrüfatı məhsulları və xammal (meyvə və tərəvəz şirələri, tünd spirtli içkilər, tütün xammalı, qoz, sintetik kompleks saplardan parça) üstünlük təşkil edir.

Xəbər lenti

Xəbər lenti