...

Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla bağlı cinayət işi məhkəməyə göndərilib - Baş Prokurorluq

Siyasət Materials 30 Mart 2010 13:02 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend News-un sorğusuna cavab olaraq bildirib ki, cinayət işinin istintaqı yekunlaşdırılıb və martın 29-da baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla bağlı cinayət işi məhkəməyə göndərilib - Baş Prokurorluq

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla bağlı cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend -un sorğusuna cavab olaraq bildirib ki, cinayət işinin istintaqı yekunlaşdırılıb və martın 29-da baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.

Sultanov bildirib ki, cinayət işi üzrə həbs edilmiş Əmirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma), Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinə onun barəsində olan hissəsinə xitam verilib.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb.

Xəbər lenti

Xəbər lenti