Bakıda bu ilin 3 ayında baş verən yol qəzaları ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb - BDYPİ

Siyasət Materials 2 Aprel 2010 12:15 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev cümə günü Trend-ə bildirib ki, yanvar-mart aylarında Bakıda 238 yol qəzası zamanı 82 nəfər həlak olub, 240 nəfər xəsarət alıb.
Bakıda bu ilin 3 ayında baş verən yol qəzaları ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb - BDYPİ

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu ilin 3 ayında baş verən yol qəzaları ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev cümə günü Trend-ə bildirib ki, yanvar-mart aylarında Bakıda 238 yol qəzası zamanı 82 nəfər həlak olub, 240 nəfər xəsarət alıb.

Şöbə rəisi bildirib ki, bu ilin ilk 3 ayında Bakıda baş vermiş qəzalar ötən illə müqayisədə 2,6 faiz, ölüm 6 faiz, xəsarət isə 32 faiz artıb.

Qəzaların 144-ü piyadavurmadır. Qəzalarda 44 piyada həlak olub, 116 nəfər yaralanıb.

Bu ilin ilk rübündə Bakı Yol Polisi əməkdaşları 2066 sərxoş sürücünü cəzalandırıb.

380 sürücü qəza şəraiti yaratdığı üçün, 380-ni tabe olmadığı üçün, 3386-sı işıqforun qırmızı işığında keçdiyi üçün, 186-sı avtomobili nömrəsiz idarə etdiyi üçün, 1330-u isə pərdə və plyonkalı avtomobil idarə etdiyi üçün saxlanılaraq barələrində inzibati cəza tədbiri görülüb.

Hesabat dövründə yol-hərəkət qaydasını pozan 4004 piyada cərimələnib.

587 avtobus sürücüsü isə sərnişindaşıma qaydalarını pozduğu üçün cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti