...

Avropa Şurası, Avropa İttifaqı və ATƏT Azərbaycanda Parlament seçkilərinin təşkilinin dəstəklənməsi üzrə planlarını açıqlayıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 7 Aprel 2010 13:33 (UTC +04:00)

RED: Avropa Şurası və Avropa İttifaqı nümayəndələrinin sitatları əlavə olunub

Azərbaycan, Bakı, 7 aprel/Trend, müxbir M.Əliyev, Y.Ostapenko/

"Biz bütün siyasi partiyaların qarşıdakı seçkilərdə iştirakla bağlı qərarını məmnunluqla qarşılayır və qarşıdakı Parlament seçkilərində 2009-cu il bələdiyyə seçkilərində olduğu kimi, həm namizədlər, həm də seçilmiş deputatlar arasında qadınların fəallığını gösləyirik", - ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.

ATƏT, AŞ və Aİ-nin Azərbaycandakı nümayəndəliklərinin dəstəyi aşağıdakı istiqamətdə təqdim olunacaq - seçki administrasiyalarının və müvafiq iştirakçıların qabiliyyətinin və müstəqilliyinin gücləndirilməsi, bütün namizədlərin seçki kampaniyalarının qərəzsiz və plüralist formada işıqlandırılması üçün medianın dəstəklənməsi, sərbəst toplaşmanın lazımi formada təşkilinin təşviqi və dəstəklənməsi. Cankorel bunu çərşənbə günü Azərbaycanda Parlament seçkiləri ərəfəsində üç Avropa strukturunun planlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"ATƏT ofisi aşağıdakı işləri həyata keçirəcək: qadınlar və gənclər üçün seçki hüquqları ilə bağlı maarifləndirici seminarlar təşkil edəcək, namizədlərə hüquqi yardımın göstərilməsi üçün "qaynar xətt" yaradacaq, mayda siyasi partiyalar haqqında qanunun müzakirəsi üzrə praktik seminar təşkil edəcək, həmçinin, Milli Məclis bu qanuna dəyişiklik etmək istəsə, ona yardım göstərməyə hazırdır və iyunda "Seçkilərdə medianın rolu" mövzusunda "dəyirmi masa" təşkil edəcək.

Azərbaycanda Parlament seçkiləri bu ilin payızında keçiriləcək. Ölkənin qanunvericilik orqanına son seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycan Milli Məclisi (Parlament) 125 deputatdan ibarətdir.

Avropa Şurası ofisinin rəhbəri Veronika Kotek Avropa İttifaqının Azərbaycandakı səfiri Rolan Kobia son illər azad seçkilərin keçirilməsində Azərbaycanın əldə etdiyi mühüm irəliləyişi qeyd ediblər.

"Seçkilər demokratik cəmiyyətin ayrılmaz və çox mühüm tərkib hissəsidir, bu, vətəndaşların ölkənin siyasi həyatında iştirakına imkan yaradır", - Kotek deyib.

"Daxili qanunvericilikdə və seçki sistemində islahatlar bundan sonra da inkişaf etdirilməlidir", - o hesab edir.

Səfir Kobianın sözlərinə görə, əgər irəliləyişə bir anda nail olmaq mümkün deyilsə, seçkilərdən-seçkilərə tədricən irəliləyiş tam realdır.

"Ölkədə sabitlik və uzunmüddətli inkişaf, ilk növbədə, plüralizmin və siyasi dialoqun olmasından asılıdır", - o deyib və qeyd edib ki, "Avropa İttifaqı bütün dünyada azad və demokratik seçkiləri alqışlayır və bunda Azərbaycana da yardım göstərmək niyyətindədir".

Kotek yuxarıda adları çəkilən təşkilatların təqdim etdikləri birgə planı dörd kateqoriyaya bölüb:

- Avropa Şurası tərəfindən məsləhətləşmələr şəklində yardımın göstərilməsini nəzərdə tutan qanunvericilik aspekti, Azərbaycan hökumətinin sorğusu olarsa, standartlara uyğunluğun yoxlanılması;

- seçki prosesinin idarə olunması, bu, MSK ilə işi, MSK işçiləri üçün treninqlərin keçirilməsini, şikayətlərə baxılması və qiymətləndirilməsi, məhkəmələr ilə işi əhatə edir;

- KİV, Kotekin sözlərinə görə, demokratik cəmiyyətdə seçkilərin keçirilməsi zamanı KİV-in mühüm rolu daha da artır;

- vətəndaş cəmiyyətinin seçkilərdə daha fəal iştiraka cəlb olunması.

Xəbər lenti

Xəbər lenti