...

Gürcüstanda Lex Kaçinski adına küçə olacaq

Siyasət Materials 12 Aprel 2010 14:40 (UTC +04:00)
Gürcüstanda yaxın vaxtlarda Lex Kaçinski adına küçə olacaq. Bunu Gürcüstan paytaxtının meri Giqi Uqulava bu gün deyib.
Gürcüstanda Lex Kaçinski adına küçə olacaq

Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda yaxın vaxtlarda Lex Kaçinski adına küçə olacaq. Bunu Gürcüstan paytaxtının meri Giqi Uqulava bu gün deyib.

Uqulava və Tbilisinin özünüidarə orqanı olan Sakrebulun rəhbəri Zaal Samadaşvili gənclərin tədris evinə səfər ediblər və Polşa Prezidentinin həlak olması ilə bağlı olaraq başsağlığı kitabına imza atıblar.

Samadaşvilinin dediyi kimi, küçə artıq seçilib və yaxın vaxtlarda Sakrebul advermə ilə bağlı qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti