Gənclər və idman sahəsində Azərbaycan - Küveyt münasibətləri digər ərəb ölkələri üçün nümunə ola bilər - Küveyt Dövlət Komitəsinin rəhbəri

Siyasət Materials 13 Aprel 2010 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Ü.Sadıqova/

Кüveyt istərdi ki, Azərbaycan ilə gənclər və idman sahəsində münasibətlər Fars körfəzinin digər ölkələrinin, gələcəkdə isə ərəb dövlətlərinin Azərbaycan hökuməti ilə əməkdaşlığının inkişafı üçün nümunə olsun. Bunu Küveytin gənclər və idman məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri, general Feysal Musaid əl-Cazaf deyib.

"Regionun digə ölkələri (ərəb ölkələri) Azərbaycan ilə gənclər və idman sahəsində davamlı əlaqələr qura bilər", - Trend-ə çərşənbə axşamı Bakıda rəsmi səfərdə olan əl-Cazaf deyib. - "Biz Azərbaycanla əməkdaşlıq üzrə təcrübəmizin Fars körfəzinin və ərəb dünyasının digər dövlətləri ilə münasibətlər üçün nümunə olması üzərində işləməliyik".

Əl-Cazaf həmçinin bildirib ki, gənclər və idman məsələlərində azərbaycanlı qaçqınlara yardım göstərilməsi üçün Küveyt hökuməti və xeyriyyə təşkilatlarının əməkdaşlığı məsələsini qaldırmağı planlaşdırır.

Cümə günü Küveyt nümayəndə heyətinin səfərinin yekunları ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyi və Küveytin Dövlət Komitəsi arasında əməkdaşlığın inkişafı haqqında saziş imzalanacaq. Saziş idman, tibbi, gənclər təşkilatları ilə iş, idman komplekslərinin inşası üzrə təcrübə mübadiləsini, həmçinin, idman düşərgələrində Küveyt və Azərbaycan idmançılarının birgə təlimlərini nəzərdə tutur.

"Biz idman sektorunun inkişafında Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıyıq. Küveyt idman sahəsində gələcək əməkdaşlıq proqramını hazırlamağı planlaşdırır", - əl-Cazaf deyib.

Onun sözlərinə görə, saziş çərçivəsində həm Bakıda, həm də əl-Küveytdə illik festivalların keçirilməsi planlaşdırılır. Hələlik ilk festivalın keçirilməsinin vaxtı dəqiqləşdirilməyib, lakin proqrama idman tədbirlərinin, teatr tamaşalarının, xalq yaradıcılığının daxil olacağı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti