...

Rusiya və Azərbaycan fikir ayrılıqlarını uğurla aradan qaldırır - Əli Həsənov (FOTO)

Siyasət Materials 15 Aprel 2010 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Cənubi Qafqazda siyasət məsələləri ilə bağlı Rusiya ilə Azərbaycan arasında əvvəllər mövcud olan fikir ayrılıqları uğurla aradan qaldırılır. Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov belə hesab edir.

Onun sözlərinə görə, 2001-ci ildən sonra Azərbaycan ilə Rusiya arasında münasibətlər sürətlə genişlənir, strateji tərəfdaşlıq inkişaf edir.

"Bizim ölkələrimizin prezidentlərinin şəxsi dostluğu dost münasibətlərin qurulmasında böyük rol oynayır", - Həsənov cümə axşamı "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın regionlararası tərəfdaşlığa doğru genişlənməsi" mövzusunda konfransın açılışında bildirib.

Açılışda çıxış edən Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya nümayəndə heyətini salamlayıb, Azərbaycan - Rusiya münasibətlərinin inkişafının əhəmiyyətini, həmçinin, bu əlaqələrin 200 illik tarixini qeyd edib.

Cümə axşamı Bakıda keçirilən "dəyirmi masa" Avropa Tədqiqatlar İnstitutunun təşəbbüsü ilə keçirilir.

Böhran vəziyyətində Azərbaycan və Rusiya münasibətlərin strateji səviyyəsini saxlayaraq inkişaf etdirə bildilər. Parlamentin İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə konfransı açarkən deyib.

"Maliyyə böhranına baxmayaraq, qarşılıqlı əmtəə dövriyyəsi əvvəlki səviyyədə qalıb", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti