Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 19-21 aralığında Almaniya Federativ Respublikasına rəsmi səfəri nəzərdə tutulub. - Məlumatı cümə günü XİN-in mətbuat xidməti yayıb.
Səfər proqramı çərçivəsində aprelin 19-da nazir Məmmədyarovun AFR Bundestaqının Xarici əlaqələr komitəsinin və Bundestaqın yenicə formalaşmış Cənubi Qafqaz Parlament qrupunun üzvləri, "Körber Stiftung" fondunda AFR Bundestaqının millət vəkilləri, elmi fondların rəhbərləri və iş adamları, AFR-in xarici İşlər naziri Guido Vestervelle, AFR Kansler Aparatında kanslerin xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoygen ilə görüşləri və Xarici Siyasət Məsələləri Üzrə Alman Cəmiyyətində çıxışı nəzərdə tutulub.
Aprelin 20-də Məmmədyarovun Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Ruprecht Polenz, AFR-in Baden-Vürttemberq əyalətinin Baş naziri Stefan Mappus ilə görüşləri və Azərbaycan Respublikasının Ştuttqart şəhərindəki fəxri konsulluğunun açılışında iştirakı planlaşdırılır.