...

Azərbaycanın müdafiə naziri Pakistan İslam Respublikasının müdafiə katibi ilə görüşüb

Siyasət Materials 22 Aprel 2010 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycana rəsmi səfər edən Pakistan İslam Respublikasının müdafiə katibi Sayed Athar Alinin cümə axşamı Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub, - Trend-in məlumatına görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, pakistanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.

Geniştərkibli görüşdə hər iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf dinamikası müzakirə edilib. Nazir Səfər Əbiyev bildirib ki, Pakistanla yaxın əməkdaşlıq əlaqələri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də uğurlu nəticələri ilə nəzərə çarpır.

Görüşdə regionda hərbi-siyasi vəziyyət və işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə maneəçilik törətməsi məsələlərinə də toxunulub.

Görüşdə Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahityyətli səfiri Eynulla Mədətli iştirak edib.

Xəbər lenti

Xəbər lenti