...

AŞ PA Türkiyədən yeni Konstitusiya qəbul edəcəyini gözləyir

Siyasət Materials 26 Aprel 2010 14:57 (UTC +04:00)

Fransa, Strasburq, 26 aprel /Trend, müxbir. A.Məhərrəmli/

Türkiyədən yeni Konstitusiya qəbul etməyini gözləyirik. Trend-in məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu qurumun yaz sessiyası çərçivəsində bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

"Mən Türkiyə hakimiyyət dairələrini yeni bir Konstitusiya qəbul etməyə ruhlandırdım. Bugünkü Konstitusiya 1980-ci ilin hərbi çevrilişinin Konstitusiyasıdır. Türkiyə hökuməti yeni Konstitusiyanın qəbul edilməsini istəyir. Mən Konstitusiya islahatı prosesindən məmnunluq hissi duyuram. Gözləyirik ki, Türkiyə yeni Konstitusiya qəbul etsin. Bununla bağlı, Türkiyə Venesiya Komissiyasının rəyini alıb. Avropa İnsan Haqları Məhkəməsinin şikayətlərin sayına görə, Türkiyə Rusiyadan sonra ikinci yerdədəir. Bununla bağlı, Türkiyədə məhkəmə sistemi sahəsində də islahatların davam etdirilməsinə çağırmışam", - deyə Çavuşoğlu bildirib.

Trend-in arayışı: Konstitusiyaya ediləcək dəyişikliklərə prezidentin səlahiyyət müddətinin uzadılması, səlahiyyət müddəti bitən prezidentin yenidən namizədliyini irəli sürməsi, ölkədə ombudsmanlıq və siyasi partiyaların bağlanılmasının çətinləşdirilməsi məsələsinin daxil olması gözlənilir.

Türkiyədə Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı referendumun keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti