...

Rusiyanın Özbəkistandakı səfiri özbəkləri Qələbə Günü münasibətilə təbrik edib

Siyasət Materials 8 May 2010 18:23 (UTC +04:00)
Rusiyanın Özbəkistandakı səfiri Vladimir Turdenyev özbəkləri, bütün veteranları Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə təbrik edib.
Rusiyanın Özbəkistandakı səfiri özbəkləri Qələbə Günü münasibətilə təbrik edib

Özbəkistan, Daşkənd, 8 may / Trend, müxbir D.Əzizov/

Rusiyanın Özbəkistandakı səfiri Vladimir Turdenyev özbəkləri, bütün veteranları Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə təbrik edib.

"Qələbə günündə biz müharibədə xalqa sülh və azadlığı geri qaytaran cəsarətli qaliblərin sönməz şanına, zəfərinə qiymət veririk",- səfirliyin saytında yerləşdirilmiş təbrikdə belə deyilir.

"Bu bayram özündə Qələbənin sevinci və itkinin kədərini birləşdirib. Həmin gün biz müharibədə həlak olanları yad edirik. Zaman yaraları sağaldır, itkilərin acısını azaldır, lakin yaddaş hər zaman qalır və bizim borcumuz bu yaddaşı gələcək nəsillər üçün qoruyub saxlamaqdır.Böyük Vətən Müharibəsinin bütün veteranlarına, arxa cəbhə zəhmətkeşlərinə və o dəhşətli müharibədən geri qayıtmayanların hamısının qarşısında baş əyirik",- təbrik məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti