...

İlham Əliyev Kamerun Prezidentini təbrik edib

Siyasət Materials 19 May 2010 19:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kamerun Prezidenti Pol Biyanı təbrik edib.
İlham Əliyev Kamerun Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kamerun Prezidenti Pol Biyanı təbrik edib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Kamerun Respublikasının mili bayramı - Unitar dövlətin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrik məktubunda deyilir.

İlham Əliyev Pol Biyaya ən xoş arzularını yetirib, dost Kamerun xalqına sülh və tərəqqi diləyib.

Xəbər lenti

Xəbər lenti