Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri iyunun 9-da başa çatıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İstanbulun Atatürk Beynəlxalq hava limanında Azərbaycan Prezidentini Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıdıb.
Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri iyunun 9-da başa çatıb.
