Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Yaponiyanın Baş naziri Naoto Kana təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimiz, çoxşaxəli dostluq əlaqələrimiz, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir", - məktubda deyilir.
İlham Əliyev Naoto Kana möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.