...

Azərbaycan və Rusiya sərhədçiləri Xəzərdə birgə təlimlər keçiriblər

Siyasət Materials 16 İyun 2010 12:47 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Xəzər dənizi hövzəsində terror və qaçaqmalçılıq fəaliyyətinin, narkotik vasitələrin qanunsuz dövriyyəsinin, qeyri-leqal miqrasiya və digər qanunazidd hərəkətlərin aşkarlanması və qarşısının alınması, bioloji sərvətlərin qorunması, qəzaya uğramış gəmiyə yardım və insanların xilas edilməsi" mövzusunda birgə əməliyyat-taktiki təlimlərdə iştirak etmiş qüvvələr yüksək döyüş hazırlığı nümayiş etdirib, qarşıya qoyulmuş tapşırıqları tam həcmdə yerinə yetiriblər.
Azərbaycan və Rusiya sərhədçiləri Xəzərdə birgə təlimlər keçiriblər

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Rusiya sərhədçiləri Xəzərdə birgə təlimlər keçiriblər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Xəzər dənizi hövzəsində terror və qaçaqmalçılıq fəaliyyətinin, narkotik vasitələrin qanunsuz dövriyyəsinin, qeyri-leqal miqrasiya və digər qanunazidd hərəkətlərin aşkarlanması və qarşısının alınması, bioloji sərvətlərin qorunması, qəzaya uğramış gəmiyə yardım və insanların xilas edilməsi" mövzusunda birgə əməliyyat-taktiki təlimlərdə iştirak etmiş qüvvələr yüksək döyüş hazırlığı nümayiş etdirib, qarşıya qoyulmuş tapşırıqları tam həcmdə yerinə yetiriblər.

Təlimlərin əsas məqsədi dəniz sərhədlərinin mühafizəsində qarşılıqlı əməkdaşlığın inkişafı və genişləndirilməsi, dənizdə mümkün təhdidlərin zərərsizləşdirilməsi zamanı qarşılıqlı əlaqənin təşkili, dənizdə birgə sərhəd əməliyyatlarının keçirilməsi vərdişlərinin işlənilməsi, xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.

Təlimlərə sərhəd-gözətçi gəmiləri, itisürətli katerlər, çevik qruplar, texniki müşahidə məntəqələri və sərhəd aviasiyası cəlb edilib.

Üç mərhələdə keçirilmiş təlimlərdə şərti sərhəd pozucusu olan gəminin axtarışı, dayandırılması və heyətin zərərsizləşdirilməsi, qəzaya uğramış gəmiyə köməklik göstərilməsi və dənizə düşmüş insanların xilas edilməsi, gəmi artilleriyasının tətbiq elementləri icra olunub.

Xəbər lenti

Xəbər lenti