...

Azərbaycanın Ukraynada yeni səfiri təyin olunub

Siyasət Materials 16 İyul 2010 02:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Eynulla Yadulla oğlu Mədətlinin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın Ukraynada yeni səfiri təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Eynulla Yadulla oğlu Mədətlinin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısının digər sərəncamı ilə Eynulla Yadulla oğlu Mədətli Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Azərbaycan Prezidentinin imzaladığı digər sərəncamına əsasən Tələt Müseyib oğlu Əliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti