...

I-Phone istifadəçiləri üçün President.az saytının xüsusi əlavəsi yaradılıb

Siyasət Materials 4 Avqust 2010 11:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi President.az saytı I-Phone istifadəçiləri üçün xüsusi əlavə yaradıb.
I-Phone istifadəçiləri üçün President.az saytının xüsusi əlavəsi yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi President.az saytı I-Phone istifadəçiləri üçün xüsusi əlavə yaradıb.

Pulsuz əlavəni yükləməklə istifadəçilər Prezidentin çıxışları, müsahibələrinə, onun iştirak etdiyi tədbirlər haqqında yazılara, eləcə də fotomateriallara ani daxil olmaq imkanı əldə edə bilərlər.

Əlavəni yükləmək üçün özünün istifadəçi akkauntu olan "Apple Applications Store"dan istifadə etmək lazımdır.

Bunun üçün İSTINAD MƏLUMATLARI üzrə bölməyə keçmək kifayətdir.

Prezident Administrasiyasından əlavənin yaradılmasını ictimaiyyətlə əlaqələrə, eləcə də kommunikasiyaların ən yeni formalarından istifadəyə diqqətin artırılması ilə izah ediblər.

Qeyd edək ki, bir ay bundan əvvəl Azərbaycan Prezidentinin saytı yenilənib, eləcə də "Youtube"da rəsmi kanal açılıb və "Twitter" mikrobloqu şəbəkəsində Azərbaycan Prezidentinin xüsusi akkauntu yaradılıb.

Postsovet məkanında Azərbaycan Prezidentinin saytı bu cür əlavəsi olan yeganə İnternet resursudur.

Xəbər lenti

Xəbər lenti